• $
  • €
  • ₽
  • ₺
  • £

Elsevər Ağayev tibbi sığortadan danışdı

Elsevər Ağayev tibbi sığortadan danışdı
15.11.2017 12:30
"Tibb müəssisələri publik hüquqi şəxs olduqdan sonra metodik olaraq Səhiyyə Nazirliyinin tabeliyində olacaq. Sadəcə onların maliyyələşməsinin mexanizmində dəyişiklik baş verəcək”.
 
APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
 
Onun sözlərinə görə, dövlət tibb müəssisələrində heç bir ödənişli əsasla xidmət göstərilməyib: "Lakin indi icbari tibbi sığortaya keçdiyimiz ərəfədə tibb müəssisələrinin xüsusi hesablarının olmaması onların fəaliyyətində problem yarada bilər. Buna görə də tibb müəssisələri publik hüquqi şəxsə çevrilirlər. Bununla da, onlar həm büdcədən, həm də digər mənbələrdən maliyyələşə biləcəklər”.
 
Yevlax və Mingəçevirdə icbari tibbi sığorta ilə bağlı pilot layihələrin həyata keçirildiyini xatırladan nazir müavini qeyd edib ki, ola bilsin gələn ildən Azərbaycanda icbari tibbi sığortanın arealı genişlənsin: "Tibbi sığorta həssas məsələdir. Ola bilsin ki, gələn ildən ölkədə tibbi sığortanın arealı genişlənə və ya bütün ölkəyə tətbiq oluna bilər”. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol