• $
  • €
  • ₽
  • ₺
  • £

Xanım deputat Milli Məclisi tənqid etdi

Xanım deputat Milli Məclisi tənqid etdi
29.05.2020 08:15
Millət vəkili Aytən Mustafayeva əlillərin müavinətlərinin artırılması ilə bağlı çıxış edib.
 
Anews.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, millət vəkili komitə iclasında qeyd edib ki, əlilliyin təsdiqlənməsi hər il aparılmalıdır: "Əlillərə 50 manat müavinət verilir. Əzizim, bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Təhsil almaq və digər bütün hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur. Mənə Astarada olan ailə müraciət edib ki, hamısı lal-kardır, amma oxumağa məktəb yoxdur. Lal-kardır deyə işləyə bilməz?

Ələ baxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var. Onlar fəaldırlar. Bizim Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Bunun üçün binada pilləkən yoxdur. Gəlin, birinci özümüzdən başlayaq”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deputatın iradına belə cavab verib: "Prosesə elə Milli Məclisin özündən başlamaq lazımdır. Bizim nazirliyin binasında panduslar qoyulub. Bütün orqanlara məktub göndərdik ki əlillərin sərbəst daxil olub-çıxması üçün yeni tikililərdə şərait yaradılsın. Bunun üçün "Əlillərinin sosial müdafiəsi haqqında” qanun yenidən işlənilib və hökumətə göndərilib. Yəqin ki, məsələyə bu yaxınlarda baxılacaq”

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol