• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı məktəbləri qış mövsümünə hazırdır?

Bakı məktəbləri qış mövsümünə hazırdır?
16.11.2017 10:44
"Bakıda yerləşən ümumi təhsil məktəbləri üzrə qış mövsümünə hazırlıq işləri başa çatıb".

Anews.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

"2017-2018-ci tədris ilində payız-qış mövsümünə hazırlığın yoxlanılması məqsədilə monitorinqlər aparılıb və aşkarlanan müvafiq problemlər aradan qaldırılıb", - idarənin cavabında bildirilib.

Qeyd olunub ki, qazanxanalar, istilik boruları və radiatorlar yoxlamadan keçirilib, məktəblərdə müvafiq təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə ocaqçılar da təlimlərə cəlb edilib.

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 138-i "Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 169-u fərdi qazanxana vasitəsilə, 3-ü isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir", - idarədən qeyd olunub.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin istiliklə təchiz edilməsi hər il müvafiq olaraq noyabrın 15-i başlayır və aprelin 15-dək davam edir. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol