• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər

Bakıda 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər
16.11.2017 11:42
Bakıda daha bir şəxs həkimlərin səhvinin qurbanı olub. Belə ki, o, düz 7 dəfə əməliyyat olunub. Əməliyyatların hamısı da səhv aparılıb. Sonradan xəstənin ailəsi tanınmış uşaq cərrahı, uroloq Fuad Hüseynova müraciət edib. 17 yaşlı oğlanın problemi cinsiyyət orqanının qüsuru, sidiyə normal getməmə və sidik kisəsindən tüklərin çıxması ilə bağlı olub.

Anews.az-ın məlumatına görə, Fuad Hüseynov ailem.az-a bildirib ki, hipospadiyanın – anadangəlmə "peyğəmbər sünnəti”nin ən ağır forması ilə doğulmuş uşaq bu yaşına kimi 7 dəfə əməliyyat keçirib: "Sonradan məlum olub ki, əməliyyatların hamısı səhv aparılıb. Uğursuz əməliyyatların nəticəsi dəhşətlidir. Cinsiyyət orqanında ciddi qüsurlar, sidik kanalının tüklərlə dolması, xayaların ortasına açılan dəlikdən oturaraq sidiyə getməsi. Xəstəni müayinə edib, əməliyyata aldıq. Əməliyyat zamanı məlum oldu ki, əvvəlki əməliyyatda başqa cərrah tüklü dəri hissədən sidik kanalı tikib. Əslində isə sünnət dərisinin arxa hissəsindən - selikli qişasından istifadə olunmalı idi. Sidik kanalına uyğun olmayan dəri köçürülüb və ortaya bərbad vəziyyət çıxıb. Bu xəstədə sünnət dərisi qalmadığı üçün biz məcbur olub ağız boşluğunun selikli qişasından bir hissə köçürdük. Köçürdüyümüz dərinin tutma ehtimalı az olsa da, pasiyentin şansı var imiş. Dəri özünü tutdu və 6 ay sonra ikinci mərhələ əməliyyat həyata keçirərək, digər qüsurlar düzəldiləcək”.

Həkimin sözlərinə görə, ilk əməliyyatlar uğurlu olsaydı, bu qədər fiziki və psixoloji problem yaranmazdı: "Hətta heç əməliyyat etməsəydilər, daha yaxşı olardı. Əgər xəstənin problemi bu əməliyyatla həll olunmasaydı, ömür boyu oturaraq sidiyə gedəcəkdi, gələcəkdə cinsi əlaqəyə girməyi mümkün olmayacaqdı. Bunun nəticəsi isə sonsuzluqdur”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol