• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Bakıda temperatur iqlim normasından 2 dərəcə yüksəkdir

Nazirlik: Bakıda temperatur iqlim normasından 2 dərəcə yüksəkdir
16.11.2017 16:45
Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, son bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasına yaxın və iqlim normasından 2-3 dərəcə yüksək olub.

G.Məmmədova əlavə edib ki, hazırda Bakıda və Abşeron yarımadasında 15-18, Mərkəzi Aran rayonlarında 15-20, dağlıq ərazilərdə 8-13 dərəcə isti müşahidə edilir.

Yaxın 2 gün ərzində temperaturda dəyişikliklərin müşahidə edilməyəcəyini deyən G.Məmmədova son günlər ərzində və hazırda müşahidə edilən hava şəraitinin noyabr ayı üçün xarakterik olduğunu nəzərə çatdırıb.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda payız fəslinin indiyədək olan dövrü ərzində müşahidə edilən hava şəraiti fəsil üçün xarakterik olub: "Ümumilikdə payızda hava şəraitinin tez-tez dəyişməsi, tutqun və buludlu günlərin sayının üstünlüyü müşahidə edilir. Yalnız son 2 ilin məlumatlarına baxsaq görərik ki, noyabrda hazırkından da yüksək temperaturun qeydə alındığı vaxtlar olub”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol