• $
  • €
  • ₽
  • ₺
  • £

Abutalıbov Bakını idarə etmək gücündə deyil - Yola salınır

Abutalıbov Bakını idarə etmək gücündə deyil - Yola salınır
17.11.2017 11:37
Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) başçısı Hacıbala Abutalıbovun  tezliklə istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib. 

"Qafqazinfo” xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, gələn ilin yanvarında  icra başçısı təyinatının 18 ili tamam olacaq Abutalıbovun səhhətinin pisləşməsi, iflic olduğu üçün gecə ilə Almaniyaya aparılması haqda xəbərlər də bu baxımdan diqqət çəkir.

Qəzet yazır ki, bir neçə ildir ki, Abutalıbovunun da vəzifə ilə vidalaşmış Ziya Məmmədov kimi səlahiyyətlərinin "iflici” prosesi  gedir. Ən son olaraq Dövlət Reklam Agentliyinin yaradılması və BŞİH-nin milyonların dövr etdiyi reklam bazarından çıxarılması buna sübut ola bilər. Abutalıbov reklam biznesini itirənədək də bir çox ciddi gəlir qaynaqlarından faktiki, məhrum edilmişdi. Abutalıbovun səlahiyyətləri  "budandıqca” onun  hakimiyyətin rəsmi media orqanlarında  tənqid edilməsi faktları artıb. H.Abutalıbovun bu qədər tənqidlərə  rəğmən vəzifədə qalması, iddialara görə, onun yerinə uyğun namizədin hələ ki olmamasıdır. 

Xəbərdə bildirilir: "İddia olunur ki, Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarının  onunla yollarını ayıracağına işarədir. Mümkündür ki, Abutalıbovun  işdən uzaqlaşdırılmasını tezləşdirmək istəyənlər, onun postuna  can atanlar da bu xəbərin yayılmasında maraqlı olsunlar.  Ancaq reallıq budur ki, Abutalıbov  artıq Bakını əvvəlki kimi  idarəetmə gücündə deyil və onun təqaüdə göndərəcəklər”.

"Qafqazinfo” onu da qeyd edir ki, H. Abutalıbov bu posta təyin olunandan bu günə qədər onun vəzifədən uzaqlaşdırılacağı haqda dəfələrlə xəbər yayılsa da, bu özünü doğrultmayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol