• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə şad xəbər - Bu məhdudiyyətlər aradan qaldırıldı

Sürücülərə şad xəbər - Bu məhdudiyyətlər aradan qaldırıldı
17.11.2017 14:58
Azərbaycanda nəqliyyat vasitələrinin saxlanılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirakla bağlı və banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının təmirə aparmqla ilə bağlı icazə məhdudiyyəti ləğv edilir.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsinə (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə), 345-ci maddəsinə (2-ci bənd – banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat cərimə cəzası təyin olunma) dəyişiklik müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişiklikdə bildirilir ki, təcrübəyə əsasən, 345-ci maddədə ləğv edilməsi təklif edilən 2-ci bənd tətbiq olunmur. Bu bəndin tətbiqinə ehtiyac olmadığından çıxarılması təklif edilir. Qeyd olunur ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin, ehtiyyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkarlanmasına imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.

Layihə səsə qoyularaq qəbul edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol