• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı zəvvarlarla bağlı ağlasığmaz hadisə

Azərbaycanlı zəvvarlarla bağlı ağlasığmaz hadisə
19.11.2017 17:22
Azərbaycanda bir qrup zəvvar, karvanbaşı Təvəkkül Həsənov tərəfindən aldadılıb. "Sputnik Azərbaycan" xəbər verir ki, bu barədə Amid Boradigah adlı istifadəçi öz "Facebook” səhifəsində yazıb.


Onun yazdığına görə, T. Həsənov zəvvarların pulunu mənimsəyib: "O, keçən il də zəvvarların pulunu mənimsəmişdi. Həsənov keçən il hotel otağını yandırıb zəvvarlara demişdi ki, pul otaqda yanıb. Zəvvarlar öz hesablarına yolpulu düzəldərək Azərbaycana qayıtmışdılar”.


A. Boradigah qeyd edib ki, bu il də Təvəkkül Həsənovu tanımayan bir qrup zəvvar ona pul verərək, Kərbəla ziyarətinə yola düşüb:

"Amma Həsənov keçən il olduğu kimi bu il də zəvvarlara bildirib ki, pulu borclarına verib və zəvvarlara verməyə pulu yoxdur. Deyib ki, "vurun, öldürün pul yoxdur”. O, zəvvarların nə yol pulunu, nə də hotel haqqını ödəyib”.


"Ümumiyyətlə 4 avtobusda 230-a yaxın zəvvar olub. Zəvvarlar ondan pullarını tələb etsələr də, heç nə ala bilməyiblər” - Boradigah əlavə edib.
Məsələ ilə bağlı əlaqə saxladığımız, adının açıqlanmasını istəmyən başqa bir Kərbəla ziyarətçisi də iddianı təsdiqləyib. Onun bildirdiyinə görə, bu işdə Təvəkkül Həsənov tək deyil, bir neçə nəfərlə əlbirdir.


Zəvvarlar öz aralarında 4000 dollar yığaraq, Azərbaycana qayıdıblar. İddia olunur ki, Təvəkkül Həsənov zəvvarların, ümumilikdə 30 min manat pulunu mənimsəyib.


Hazırda aldadılmış zəvvarlar T. Həsənovdan şikayətçidirlər və pullarını tələb edirlər.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol