• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Balayevdən Kinematoqrafçılar İttifaqına sərt ittiham

Rasim Balayevdən Kinematoqrafçılar İttifaqına sərt ittiham
21.11.2017 13:27
"Rasim Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiya, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır. Bundan əlavə, reklam və seriallara da çəkilir, istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona kömək göstərməyə hazırıq”.

Bunu ötən gün Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidməti Xalq artisti Rasim Balayevlə bağlı açıqlamasında bildirib.

Anews.az-ın xəbəriə görə, Xalq artisti Rasim Balayev isə Modern.az-a deyib ki, həmin fikirlərin hamısı yalandır.

"Mənim şəxsi təqüdüm çox azdır, yəni 150-160 manat alıram. Bilirsiniz, onlar həmişə məni dövlətli bilirlər, qoy elə də bilsinlər. Eyni zamanda, onlar həmişə mənə altdan yuxarı baxırlar. Orada qeyd edilib ki, guya mənimlə əlaqə yaradıblar. Halbuki, mən heç Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü də deyiləm və azad bir adamam. Mənim 2400 manatdan çox pul qazanmağım məsələsi tamamilə yalandır”, - deyə o söyləyib.

Qeyd edək ki, Azərbayan Respublikası Kinematoqrafçılar İttifaqının aktyorla bağlı yaydığı açıqlamasında qeyd olunurdu ki, qurumun rəhbəri Şəfiqə Məmmədovanın göstərişi ilə Xalq artisti ilə əlaqə saxlanılıb və onun vəziyyəti ilə maraqlanılıb.

Xatırladaq ki, Rasim Balayev bir neçə gün öncə maddi sıxıntılarından bəhs edərkən dərman almaqda çətinlik çəkdiyini bildirmişdi. Xalq artisti, deputat Zeynəb Xanlarova isə bu məsələni parlamentdə qaldıraraq, aidiyyəti nazirlikləri aktyora kömək etməyə çağırmışdı.

Azərbaycan Kinematoqrafçılar İttifaqı mətbuat xidmətinin rəhbərliyi Modern.az-la əlaqə saxlayaraq, Xalq artisti Rasim Balayevi qınayıb.

"Biz Rasim müəllimin dövlətdən aldığı vəsaitin məbləğini havadan götürməmişik. Necə ola bilər ki, 50 illik təcrübəsi olan Xalq artisti 150-160 manat təqaüd alsın? Axı təqaüdünün sosial bazası elə 130 manatdır. Prezident təqaüdünün məbləği 1000 manat təşkil edir. Danışanda gərək məntiqlə danışasan...

Bizim ittifaqın katibi rəhbərliyin göstərişi ilə Rasim Balayevə zəng edib, hal-əhval tutub, vəziyyətilə maraqlanıb. Baxmayaraq ki, o, Azərbaycan Kinematoqrafçılar İttifaqı üzvü deyil, amma sıradan bir aktyor da deyil axı... İndi deyir ki, ona zəng olunmayıb. Lazım gəlsə, bunu sübut da edə bilərik”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol