• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha bir polis özbaşınalığı - VİDEO

Bakıda daha bir polis özbaşınalığı - VİDEO
21.11.2017 13:53
Daxili  İşlər Nazirliyi  sürücülərin hüquqlarını pozan yol polisi əməkdaşları ilə ciddi mübarizə aparsa da "mənim polisim məni qorumalidir” prinsipinə əməl etməyən polislərin sayı azalmır.
 
2017-ci il noyabrın 20-dən 21-ə keçən gecə polis ədalətsizliyi ilə üzləşmiş  Bakı sakini Rauf Sultanovun başına gələnlər belə qənaətə gəlməyə imkan verir. Belə ki, 90 RV 084 nömrə nişanı olan BMW  markalı  avtomobilin sürücüsü Rauf Sultanovun sözlərinə görə, o, Bakı Şəhər prokurorluğunun  qarşısında işıqforda durarkən iki yol polisi əməkdaşı ona yaxınlaşaraq sənədlərini verməsini  tələb edib. Daha sonra sürücü  polislərin gözünə sərxoş göründüyündən onu yerindəcə alkogol testindən keçiriblər.  Test müsbət çıxdığından polis əməkdaşları  Sultanovdan maşını tərk edərək onlarla bərabər narkoloji dispanserə getməyini  tələb ediblər. Sürücü onlara tabe olub. Amma narkoloji dispanserdə aparılan müayinə göstərib ki , polislərin avadanlığı  sərxoşluq faktını səhv təyin edib, sürücünün qanında alkoqol aşkarlanmayıb.
 
Əslində bundan sonra polis əməkdaşları sürücüdən üzr istəyib onu təzədən maşınına kimi müşayət etməli və rahat buraxmalı idilər. 
 
 
 
Amma  problem elə bundan sonra yaranıb. Belə ki, bəlli olub ki, Rauf Sultanovun maşını səbəbsiz  cərimə meydançasına yerləşdirilib.  Vətəndaşın hansı qanuna əsasən  avtomobilim barədə belə qərar verilib sualına isə polis əməkdaşları hər hansı cavab verə bilməyiblər.   
 
Bu faktla bağlı surucu  yol polisinin mətbuat katibi Vaqif Əsədova müraciət edib. Əsədov sürücüyə bildirib ki,  sadəcə  yanlışlıq baş  verib. Daha sürücünün şərəf  və ləyaqətinə dəyən zərbə, günün yarısını maşınsız qalması, polislərə verilən avadanlığın  nasazlığı üzündən dispanserdə qan verməyə məcbur edilməsinin cəzasını kimin çəkəcəyini isə yol polisi idarəsinin sözçüsü  sanki bir  rutin hadisə baş vermiş kimi cavablandırmaq  istəməyib.
 
Sürücünün faktla bağlı redaksiyamıza təqdim etdiyi videoları  diqqətinizə  çatdırırıq və düşünürük ki , yol polisi rəhbərliyi faktla bağlı ciddi araşdırma aparıb  günahı olanların  layiqli cəzasını verəcək: 
 

 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol