• $
  • €
  • ₽
  • ₺
  • £

Əməkdar artisti avtobusda döymək istədilər

Əməkdar artisti avtobusda döymək istədilər
21.11.2017 14:54
Əməkdar artist, tanınmış aktyor İlqar Cahangir seriallardakı obrazlarına görə tamaşaçıların qınağına tuş gəlib.

Yenicag.az-a açıqlama verən aktyor hətta bir dəfə az qala avtobusda döyüləcəyini də deyib:

"Tamaşaçı çox vaxt serialla həyatı dəyişik salır. "Pərvanələrin rəqsi” serialında Orxan obrazını canlandırırdım. Buna görə məni avtobusda döymək istəyiblər. Ceyranbatanda yaşıyıram. Bakı-Sumqayıt mikroavtobusu ilə evə gedirdim. Qabaq oturacaqda əyləşmişdim, sürücü də qonşum idi. Arxadan beş-altı nəfər hökmlə qışqırdı ki, gəlin bunu döyək, heyfimizi alaq. Deyəsən, eyni ailənin üzvləri idi. Bir gənc yalvar-yaxar etdi ki, oturun yerinizdə, adam aktyordur, serialdakı obrazın onunla heç bir əlaqəsi yoxdur.

Bir dəfə də yenə "Pərvanələrin rəqsi” serialındakı roluma görə 55-60 yaşında bir kişi mənə yaxınlaşıb, ehtiyatlı olmağımı məsləhət gördü. Əvvəlcə anlamadım. Sonra deyəndə ki, sizin saxladığınız qadınla həkimdən ehtiyatlı olun, sizə pislik etməyə hazırlaşırlar, onda hər şeyi başa düşdüm. Həmin şəxs filmin təsirindən çıxa bilməmişdi. Çox həyəcanlı idi, elə bilirdi ki, mənə həyatda da pislik edəcəklər. Başa saldım ki, narahat olmayın, heç nə edə bilməzlər, bu, obrazdır. Həyəcanla israr edirdi ki, yox e, özünüzü qoruyun, sonra gec olacaq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol