Azərbaycanda yeni məktəblərin açılması təklif edilir

Azərbaycan rayonlarında yeni özəl məktəb və bağçaların yaradılması təklif edilir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O qeyd edib ki, rayonda bəzi insanlar övladlarına daha yüksək təhsil vermək üçün Bakıya üz tuturlar: "Hesab edirəm ki, rayonlarda da yüksək təhsil verən özəl məktəblərin açılması məqsədəuyğundur. Rayonlarda ingilis təmayüllü və başqa təmayüllü özəl məktəblər açılsın ki, insanlar keyfiyyətli təhsil üçün Bakıya gəlməsinlər”.
Deputat bildirib ki, bu cür məktəblərin açılması müəllimlərin də yaxşı əməkhaqqı almasına təsir edər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























