Kəbədə zəvvarlara qadağa qoyuldu

Ərəbistan rəhbərliyi ölkələrə xəbərdarlıq etdi
Hər il milyonlarla müsəlmanın ziyarət yeri olan Kəbədə daha bir qadağa qüvvəyə minir. İstiPress-in məlumatına görə, Səudiyyə Ərəbistanı müqəddəs məkanlarda - Məscid-i Haram və Məscidül-Nəbinin hər yerində foto, video çəkilişlərini qadağan edib. Qadağa məscidlərin həm içi, həm də xaricində qüvvədə olacaq.
Bu qadağa ziyarətçilərlə yanaşı, media nümayəndələrinə də tədbiq ediləcək.
Ər Riyad rəhbərliyi qadağlara riayət etməyənlərin cəzalandırılacağını da açıqlayıb. İlk növbədə onların çəkiliş apardığı qurğuları əllərindən alınacaq.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Məkkə və Mədinəyə zəvvar göndərən ölkələrdən vətənd aşlarına gərəkli təlimatları vermələrini istəyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























