• $
  • €
  • ₽
  • ₺
  • £

Notarius olmaq istəyənlər imtahan verəcək

Notarius olmaq istəyənlər imtahan verəcək
23.11.2017 15:43
Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

Anews.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

DİM Ədliyyə Nazirliyi ilə birgə noyabrın 25-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

İmtahan saat 11:00-da başlayacaq və DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (əvvəlki Bakı Asiya Universiteti) xüsusi ayrılmış zallarda, kompüter vasitəsilə, elektron formada aparılacaq.

Namizədlər "imtahana buraxılış vərəqəsi”ni (bildiriş) 23-24 noyabr tarixlərində saat 9:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin inzibati binasından (Bakı şəhəri, Azadlıq prospekti, 72) götürməlidirlər.

İmtahanda iştirak etmək üçün 93 namizəd qeydiyyatdan keçib. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 20 sual isə məntiqi nəticə çıxarma bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Ədliyyə Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.

İmtahan 3 sааt dаvаm еdəcək. Qanunvericilik sahəsinə aid testlər üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən testlər üzrə isə hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Toplana bilinən maksimal bal 90-dır. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunur. İmtаhаn nəticəsində ümumi bаlı 55 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

İmtahanda iştirak etmək üçün namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol