• $
  • €
  • ₽
  • ₺
  • £

Baş verəcək Günəş tutulmalarının sayı açıqlandı

Baş verəcək Günəş tutulmalarının sayı açıqlandı
23.11.2017 18:00
Gələn il üçün Azərbaycanda baş verəcək Günəş tutulmalarının sayı açıqlanıb.

Anews.az-ın xəbərinə görə, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Report-a açıqlamasında deyib ki, 2018-ci ildə ölkədə üç Günəş tutulması hadisəsi qeydə alınacaq.

O bildirib ki, budəfəki Günəş tutulmalarının hamısı qismən olacaq: "Yəni, bu vaxt Günəşin kiçik bir hissəsi tutulacaq. Üç Günəş tutulmasından ikisi Cənub, biri isə şimal yarım kürəsində müşahidə olunacaq. Gələn il üçün Günəşdə tam tutulma baş verməyəcək. Günəşin maksimum 70 faiz hissəsi tutulacaq”.

X.Mikayılov qeyd edib ki, ilk Günəş tutulması fevralın 15-də baş verəcək: "Təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:55:51-də qeydə alınacaq və fevralın 16-da da davam edəcək. Yəni, tutulma maksimuma 00:51:29-da çatacaq. Sonu saat 02:47:08-də olacaq. Təbiət hadisəsi Cənubi Amerikanın cənub hissəsində və Antraktidada müşahidə olunacaq.

İkinci Günəş tutulması iyulun 13-ü, saat 05:48:23-də qeydə alınacaq. Tutulmanın maksimumu 07:01:05-də, sona çatması isə 08:13:44-də olacaq. Tutulma hadisəsi Avstraliyanın cənub ucqarı ilə Antraktidanın aralığında müşahidə ediləcək. Həmin ərazidə də, demək olar ki, insanlar yaşamır.

Üçüncü Günəş tutulması hadisəsi avqustun 11-də, saat 12:02:08-də başlayacaq. Tutulmanın maksimumu saat 13:46:24-də, sona çatması isə 15:30:40-da olacaq: "Sonuncu tutulma şimal yarım kürəsində müşahidə olunacaq. Təbiət hadisəsini Rusiyanın, demək olar ki, bütün ərazisində hiss etmək olacaq. Proses Şərqi Asiya hissəsindən başlayıb Rusiyanın bütün hissəsini əhatə edəcək”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol