• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavinindən pensiyaçılara şad xəbər

Nazir müavinindən pensiyaçılara şad xəbər
23.11.2017 22:14
"Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578,8 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisindən 178,8 mln. manat və ya 5,3% çoxdur", bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zəfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib.


Onun sözlərinə görə, növbəti ildə əhaliyə ödənişlər Fondun xərclərinin 97,7%-i səviyyəsində və ya 3 mlrd. 495,1 mln. manat proqnozlaşdırılır.


Nazir müavini bildirib ki, gələn il əmək pensiyaları üzrə xərclərdə 193,2 mln. manat artım, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə  16,3 mln. manat azalma və digər xərclər üzrə - 1,9 mln. manat artım gözlənilir: "Bu artımların və azalmanın hər biri üzrə əsaslandırılmış hesablamalar mövcuddur".


İ.İsayev əlavə edib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97,5%-ni təşkil edərək 3 mlrd. 407 mln. manat proqnozlaşdırılır.


Pensiya xərclərində artımın 178 mln. manatı cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş yeni qaydaya əsasən qulluq stajına görə əlavə çıxılmaqla əmək pensiyalarının bütün məbləğinin ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, Fondun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,9% artaraq 216,5 manat təşkil edəcək.
 
Nazir müavini əlavə edib ki, 2018-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 88,1 mln. manatdır ki, bu da cari ilin büdcəsi üzrə proqnoza nisbətən 15,6% və ya 16,3 mln. manat azdır. İ.İsayev vurğulayıb ki, bu azalma "İşsizlikdən sığorta haqqında" qanununun qüvvəyə minməsi ilə əlaqədar 2018-ci ildən etibarən işsizliyə görə müavinət xərclərinin Fondun büdcəsi üzrə sosial sığorta haqları hesabına maliyyələşən xərclərin tərkibindən çıxarılaraq işsizlikdən sığorta fondunun büdcəsinə keçirilməsi ilə bağlıdır.
 
"2018-ci ildə digər xərclər 83,7 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozuna nisbətən 2,3 faiz və ya 1,9 milyon manat çoxdur. Bu sahədə xərc artımı tətbiq olunan proqram təminatlarının yenilənməsi, bu məqsədlə zəruri avadanlıqların alınması üçün Fondun aparatının saxlanması üzrə nəzərdə tutulan 1,5 milyon manatlıq artım, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə həyata keçirilən xərclərdə proqnozlaşdırılan 0,9 milyon manatlıq artım və pensiya və müavinətlərin əhaliyə çatdırılması üzrə bank xərclərində proqnozlaşdırılan 0,5 milyon manat məbləğində azalma ilə bağlıdır", - deyə nazir müavini vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol