• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamdakı zəlzələ ilə bağlı araşdırmanın nəticələri açıqlandı

Ağdamdakı zəlzələ ilə bağlı araşdırmanın nəticələri açıqlandı
24.11.2017 11:31
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi noyabrın 15-də Ağdamda baş verən zəlzələnin nəticələrinə dair məlumat yayıb.

Qurumun İnformasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, həmin vaxt yerli vaxtla saat 23:48:02-də, Ağdam ərazisində baş verən zəlzələnin makroseysmik tədqiqatlarının aparılması məqsədilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyevin rəhbərliyi ilə episentral zonada və zəlzələnin hiss olunduğu ətraf rayonlarda tədqiqat işləri aparılıb.

Tədqiqat işləri zamanı müəyyən olunub ki, zəlzələ episentral zonada 6 bal intensivliyinə qədər hiss olunub (12 ballıq MSK-64 seysmik cədvəli üzrə).

Zəlzələnin episentri Ağdam rayonunun Quzanlı yaşayış məntəqəsindən 5 km şimali-qərbdə yerləşir. Zəlzələnin pleysoseyst zonasının ölçüləri 24 x 28 km, ocağının dərinliyi isə 25 km təşkil edir.

Zəlzələ inzibati baxımdan ən yüksək intensivliklə Ağdam, Bərdə və Tərtər rayonlarının bir sıra yaşayış məntəqələrində hiss olunub. Bunlar Quzanlı, Poladlı, Üçoğlan, Xındırıstan, Çəmənli, Hüsənli, Köçərli, Xanərəb, Qazyan, Qaynaq, Evoğlu, İlxıçılar, Xəsili, Ketəlparaq, Qaravəlli və Xanaqala kəndləridir: "Qeyd olunan ərazilərdə əhali tərəfindən yanlış məlumatlar vermələrinə baxmayaraq əməkdaşlarımız tərəfindən onların evlərində əmələ gəlmiş çatların əvvəllər baş vermiş zəlzələlər və 2016-cı ildə "Aprel döyüşləri” nəticəsində əmələ gəlməsi -zərər çəkməsi, yəni evlərində zəlzələdən əvvəl də zədələnmələrin olması, bu zəlzələnin isə həmin çatları bir qədər də böyütməsi, qəzalı evlərin isə bir qədər də acınacaqlı hal alması müəyyən olunub”.

RSXM-nin zəlzələnin ən yüksək intensivliklə hiss olunduğu Ağdam və Bərdə seysmik stansiyalarında heç bir çat müşahidə olunmayıb. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol