• $
  • €
  • ₽
  • ₺
  • £

Pasportların itirilməsinə görə rüsumlar artırılır

Pasportların itirilməsinə görə rüsumlar artırılır
24.11.2017 12:16
Azərbaycanda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar bu sənədlərin yenidən verilməsinə görə rüsumlar dəyişdirilir.

Anews.az Report-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsum artırlır.

Belə ki, sənəd 10 iş günü müddətində verildikdə 5 manatdan 15 manata, 3 iş günü müddətində verildikdə 25 manatdan 35 manata və 1 iş günü müddətində verildikdə 35 manatdan 45 manata artırılır.

Həmçinin, Azərbaycan vətəndaşlarına xaricə getmək hüquq verən ümumvətəndaş pasportlarının itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən edilib.

Belə ki, dəyişikliyə əsasən, sənəd 10 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 20 manat (hazırda 10 manat), 1 yaşından 3 yaşadək uşaqlar üçün 30 manat (20 manat), 3 yaşından 18 yaşadək uşaqlar üçün 40 manat (hazırda 30 manat), 18 yaşına çatmış vətəndaşlara 50 manat (hazırda 40 manat), 5 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 30 manat (hazırda 20 manat), 1 yaşdan 3 yaşadək uşaqlar üçün 50 manat (40 manat), 3 yaşdan 18 yaşadək uşaqlar üçün 70 manat (60 manat), 18 yaşına çatmış vətəndaşlara 90 manat (80 manat), 1 iş günü müddətində verildikdə 1 yaşadək uşaqlar üçün 50 manat (hazırda 40 manat), 1 yaşından 3 yaşadək uşaqlar üçün 90 manat (80 manat), 3 yaşından 18 yaşadək uşaqlar üçün 130 manat (hazırda 120 manat), 18 yaşına çatmış vətəndaşlara 170 manat (hazırda 160 manat) ödəniləcək. 

Qeyd edək ki, hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqələri itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən edilmiş hallarda dəyişdirilməsi nəzərə tutulan hallarda) tutulur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol