• $
  • €
  • ₽
  • ₺
  • £

Bir gecədə məşhurlaşan gənc danışdı

Bir gecədə  məşhurlaşan gənc danışdı
24.11.2017 12:19
Dünən gecədən Vüsal Rzasoy adlı gənc "Müasir Azərbaycan gənci” proqramındakı "Ayə, harya gedirsən, ayə?” ifası ilə sosial medianın gündəminə çevrilib.

Bu ifa efirə getməsə də, səs-sədası geniş olub. Məsələ ilə bağlı mahnının ifaçısı Vüsal Rzasoy publika.az-a danışıb. O, ifasına belə açıqlama gətirib:

"Bu mahnının belə ləhcədə səslənməsi ona görədir ki, əslində, şəhərdə yaşayan və özlərini daha mədəni sayan insanlar düşünürlər ki, uzaq-ucqar bölgələrdə yaşayanlar arasındakı söhbətlər gülməlidir. Onlar şəhərdəkilər qədər mədəni deyillər. Bu mahnıyla demək istəmişəm ki, onlar yalnış düşünürlər. Mahnıda şəhərlilərin yuxarıdan aşağı baxdığı ərazilərdə iki dost söhbət edir və biri o birindən soruşur ki, hara gedirsən? Onlar, əslində, dərin bir söhbət edirlər. Bu isə özlərini daha "cool” sayan insanlar arasında başa düşülmür.

Niyyətim insanların ləhcəsinə lağ edənləri qınamaq olub. Erman Hessenin "Siddhartha” deyə bir əsəri var. Orada Siddhartha çöllərdə yaşayır və özünü axtarmaqla məşğul olur. Bu, çox böyük bir fəlsəfədir. Mahnıdakı ləhcə ilə söhbət edən dostlardan birində də bu baş verir. O, fəlsəfə ilə məşğul olan gənc başqaları tərəfindən lağ hədəfinə çevrilir. Onu başa düşmür və ona gülürlər”.

Vüsal Rzasoy bu addımı hansı səbəblə atdığı barədə isə məlumat vermək istəməyib: "Niyə bu addımı atdım, bu barədə heç bir açıqlama verməyəcəm”.

Qeyd edək ki, Vüsal Rzasoy eyni zamanda Pantomima Teatrında çalışır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol