• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana 40 santimetr qar yağıb - VİDEO

Azərbaycana 40 santimetr qar yağıb - VİDEO
24.11.2017 13:57
Şimal-qərb bölgəsi bu gün ilk qarı qarşıladı.

AzVision.az-ın ARB TV-yə istinadən verdiyi məlumata görə, havaların kəskin soyuması ilə əlaqədar dağlıq və dağətəyi ərazilərə xeyli qar yağıb. Bəzi ucqar kəndlərə gediş-gəliş çətinləşib. Noyabrın 22-dən 23-ə keçən gecə Qəbələnin ucqar kəndlərinə, eləcə də yüksəkliklərə ilk qar yağıb. Dağlarda qarın qalınlığı 35-40 sm arasında dəyişir.

Qarın yağması rayon sakinləri, uşaqlarla yanaşı, bura gələn turistlərin də sevincinə səbəb olub. Lakin qar ziyansız ötüşməyib. Yağmış güclü qar nəticəsində rayonun Laza və Duruca kəndlərinə gediş-gəlişdə müəyyən problemlər yaranıb. Ərazidə Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin Qəbələ rayon 10 saylı yol istismarı MMC-nin texnikaları yolların qardan təmizlənməsi işini aparır.

Şamaxının dağ kəndləri də ağ örpəyə bürünüb. Məlhəm, Çuxuryurd, Dəmirçi, Pirqulu, Sis və digər kəndlərə 6 sm qalınlığında qar yağıb. Qarın yağması xüsusilə uşaqların hədsiz sevincinə səbəb olub.

Qaxın Sarıbaş kəndinə 22 sm, Oğuzun Baş Daşağıl kəndinə 4 sm, Şəkinin Kiş kəndinə isə 3 sm qalınlığında qar yağıb. Yağıntılı hava şəraitinin noyabr ayının 25-ə dək davam edəcəyi, dağlıq ərazilərdə şaxta olacağı, yolların buz bağlayacağı proqnozlaşdırılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol