• $
  • €
  • ₽
  • ₺
  • £

Tağı Əhmədovun xanımından açıqlama: icra başçısı olacaq?

Tağı Əhmədovun xanımından açıqlama: icra başçısı olacaq?
24.11.2017 15:11
Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədovun icra başçısı təyin olunması haqqında mətbuatda məlumatlar yayılıb.

Bu haqda məlumatı "Yeni Müsavat” yayıb. Qəzet bildirir ki, T. Əhmədov metropoliten rəisi postundan çıxarılandan sonra vəzifə almaq üçün çox səy göstərmişdi. Amma o, YAP-ın Yasamal təşkilatının sədri olmaqla kifayətlənib.

"Son vaxtlar isə onun Yasamal rayonunun icra başçısı olmaq üçün müxtəlif ünvanlara baş vurması haqda xəbərlər də gəlir” yazan qəzet qeyd edir ki, Əhmədovun həmin postu tutacağı inandırıcı deyil:

"Görünən odur ki, daha Tağı Əhmədova inanmırlar, onu heç yaxına belə buraxmaq istəmirlər. Bu günlərdə hakim partiyanın 25 illik yubileyi keçirildi, bir çoxları orden-medallarla təltif olundu. Hətta mükafatlandırılanlar sırasında kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov da vardı. Tağı Əhmədov isə heç bir mükafata layiq görülmədi. İddia edilir ki, o, de-fakto YAP-ın "qara siyahı”sındadır. YAP-ın rayon təşkilatında saxlanılması isə sadəcə, özünün nəzarət altında olması, müxalif mövqeyə keçməməsi ilə əlaqələndirilir”.

Yenicag.az xəbərlə bağlı Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədovla əlaqə saxlayıb. Telefona onun həyat yoldaşı Salatın Əhmədova cavab verib. O, açıqlamasında lakonik cavab verərək, yayılan məlumatların doğru olmadığını bildirib:

"Kim deyir ki, o, icra başçısı təyin olunur? Danışılan hər sözə də inanmayın. Yayılan məlumatlar şayiədir. Məsələdən heç xəbərimiz yoxdur. İcra başçısı təyin olunsa, birinci biz bilərik. Sadəcə, onu deyə bilərəm ki, Tağı müəllim heç bir yerə icra başçısı təyin olunmur”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol