• $
  • €
  • ₽
  • ₺
  • £

Sovet kosmik sənayesinin “görünməyən adamı”nın Azərbaycan planları – TARİXİ FOTOLAR

Sovet kosmik sənayesinin “görünməyən adamı”nın Azərbaycan planları – TARİXİ FOTOLAR
24.11.2017 15:43
SSRİ kosmik sənayesinin aparıcı simalarından, görkəmli alim və hərbi xadim, Sosialist Əməyi Qəhrəmanı, artilleriya general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illiyi qeyd olunur.

"AzeriDefence”nin məlumatına görə, 1917-ci ildə Bakının Pirşağı kəndində anadan olan Kərim Kərimov Sovet kosmik proqramının banilərindəndir. Uzun illər sovet kosmonavtikasında mərkəzi fiqur olsa da, SSRİ dağılana qədər onun barəsində ictimaiyyətə heç nə məlum deyildi. Buna görə, o, kosmik sənayedə "görünməyən adam” adlanırdı.

Sovet kosmik proqramlarında yer alan K. Kərimov 1966-cı ildə Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilib və bu vəzifədə 25 il çalışıb. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini olub.

K.Kərimov Moskvada çalışdığı dövrdə Azərbaycan ərazisində kosmik sənayenin qurulması və inkişafı ilə bağlı ideyaları dəstəkləyib. Bir sıra planların hazırlanması və həyata keçirilməsi üçün çalışıb.

O, 1987-1988-ci illərdə, müstəqillikdən sonra 1995-ci ildə Bakıya gələrək, Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyində olub. Texnika elmləri doktoru Novruz Abdullayevin sözlərinə görə, general-leytenant Kərim Kərimov həmin vaxt Azərbaycanda yeni kosmik sənaye müəssisələrinin yaradılması planları ilə tannış olub, bu istiqamətdə görülən işlərlə maraqlanıb: "Biz ona görülən işlər, imkanlarımız barədə hər zaman məlumat verir, Kərim Kərimovun bilik, təcrübə və tövsiyyələrindən yararlanırdıq. Bakıda da ona müəssisələrimizdə görülən işlər barədə məlumat verdik, bir çox şeyləri özü yerində müşahidə elədi, tövsiyyə və təkliflərini verdi. O zaman bu informasiyalar qapalı saxlanılırdı. Kərim Kərimov Azərbaycan ərazisində yeni kosmik müəssisələrin, filialların yaradılması layihələrinə dəstək verməyə çalışırdı. Hətta həmin dövrdə Bakı, Mingəçevir, Qazax, Ordubad, Ağdam rayonları daxil olmaqla ümumilikdə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinin 32 rayonda filiallarının yaradılması, habelə Sovet kosmik sənayesinin yeni müəssisələrindən bəzilərinin Azərbaycanda yerləşdirilməsi planlar arasında var idi. O, həyatı boyunca Azərbaycanı sevdi və Azərbaycan üçün əlindən gələni etməyə çalışdı. 1995-ci ildə o, ulu öndər Heydər Əliyevin dəvəti ilə Bakıya gəldi və ulu öndərlə görüşdü”.

Qeyd edək ki, 30 yanvar 2017-ci il tarixində Prezident İlham Əliyevin "Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

General-leytenant Kərim Kərimovun Bakıda Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinə səfəri ilə bağlı fotoları təqdim edirik. Qeyd edək ki, bu fotolar indiyədək heç yerdə yayımlanmayıb.
 













www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol