• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı milyonçunun arvadından gözlənilməz addım

Azərbaycanlı milyonçunun arvadından gözlənilməz addım
25.11.2017 10:02
ABŞ-da həbsdə olan azərbaycanlı milyonçu, Rza Zərrabın həyat yoldaşı onun hədiyyəsi olan malikanələri boşaltdı. İstiPress-in məlumatına görə, Ebru gündəş ərinin ona hədiyyəsi olan Kanlıcadakı qalmaqallı yalılarından köçüb. 

Bir neçə gün sonra ərinin məhkəmə qarşısına çıxacağını öyrənən müğənni ötən həftəyə kimi boğaz mənzərəli bu möhtəşəm villada yaşayıb. Hətta qızı Alaranı belə hər səhər məhz buradan məktəbə yola salıb. 

Lakin o təhlükəsizlik məqsədi ilə mühafizəsi daha güclü başqa bir evinə getməyə qərar verib. Ötən gün villadakı əşyalar toplanıb və pərdələri bağlanılaraq tərk edilib. 

Adıçəkilən villalar uzun müddət qalmaqal səbəbi olub. Belə ki, Zərrab dəniz kənarındakı dövlət tərəfindən mühafizə edilən bu tarixi mülkləri aldıqdan sonra onların xarici görünüşünü dəyişərək müasirləşdirib, mərtəbələrin sayını artırıb. Nəticədə iş adamı və xanımı məhkəməlik olub. İddiaçı tərəf binaların əvvəlki görünüşünə qaytarılmasını tələb edib.








Xatırladaq ki, E.Gündəş dekabrın 4-də məhkləməsi olacaq iş adamından boşanmağa qərar verib. ZƏrrab və gündəş cütlüyünün Alara adlı 5 yaşlı qızları var. R.Zərrab iki il öncə ailəsi ilə ABŞ-a səyahət edərkən həbs edilmişdi. O zaman onun yanında olan E.Gündəş qızı ilə hava limanından bir başa geri - Türkiyəyə qayıdıb. 
Həbs xəbərindən sonra müğənni uzun müddət efirlərə çıxmayıb, tədbirlərə qatılmayıb. Bir neçə ay öncə də cütlüyün boşanması barədə məlumatlar yayılmışdı. Lakin sonradan ifaçı bu qərarından daşınmışdı. 
Əslən Cənubi Azərbaycandan olan R.Zərrab iki il öncə çirkli pulların yuyulması, İrana qarşı sanksiyaları pozmaq, bank sənədlərini saxtalaşdırmaq ittihamları ilə istirahət üçün getdiyi ABŞ-da həbs edilmişdi. Bir necə gün öncə onun azad edildiyi barədə xəbərlər yayılsa da, ABŞ tərəfi bunu təkzib edib. 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol