• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid döyüşçünün medalı oğlunun yaxasına sancıldı - FOTO

Şəhid döyüşçünün medalı oğlunun yaxasına sancıldı - FOTO
25.11.2017 16:14
2017-ci ilin fevralında düşmən təxribatlarının qarşısını alarkən həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Fuad Fərhad oğlu Qafarovun ölümündən sonra təltif edildiyi medalın ailəsinə təqdim olunması ilə əlaqədar Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Müdafiə Nazirliyi xəbər verir ki, tədbir ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək əhalinin öz şəhidini alqışlarla son mənzilə uğurladığını xatırladıb. O deyib ki, şəhid Fuad Qafarov məhz aprel şəhidlərinin intiqamını alan igid oğullarımızdandır.

Polkovnik Abdulla Qurbani şəhid F.Qafarovun təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalını oğlu Fəridin yaxasına sancıb. Dörd yaşlı şəhid övladının "Azərbaycan Respublikasına xidmət edirəm!” deməsi bütün tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Bir qrup hərbi qulluqçu və döyüşçü F.Qafarovun ailə üzvləri şəhidin məzarını ziyarət edib, qırmızı qərənfillər düzüblər.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol