• $
  • €
  • ₽
  • ₺
  • £

BDU işçilərinin maaşı artırılıb

BDU işçilərinin maaşı artırılıb
27.11.2017 12:19
Bakı Dövlət Universiteti (BDU) rektorluğunun 24 noyabr 2017-ci il tarixli genişləndirilmiş iclasında universitetin bütün əməkdaşlarının əmək haqlarının növbəti dəfə artırılması ilə bağlı qərar qəbul edilib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, elmi işçilər, o cümlədən digər əməkdaşların və "Gənc istedadlar” liseyi kollektivinin əmək haqqı dekabr ayının 1-dən 130-manatadək artırılıb. Artım ümumilikdə universitetin 3000 mindən çox əməkdaşına şamil edilib.

Bundan əlavə olaraq, hər il mütəmadi olaraq bütün kafedralarda fakültə dekanı, tədris-metodiki şurası və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilir, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin anket sorğusunun nəticələri nəzərə alınaraq fərqlənmiş əməkdaşların əmək haqqı cari ilin sonunadək differensasiya yolu ilə 100 manat artırılır və proses təxminən 300 nəfərə şamil olunur.

Qeyd edək ki, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50+50 və fərdi qrant layihəsi ilə işləyən bir çox professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əmək haqqı 3000 manatdan çoxdur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol