• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda valideynlər etiraz etdi

Bakıda valideynlər etiraz etdi
27.11.2017 14:44
Məktəbin yeganə açıq qapısına gedən yolda şagirdlərdən birini avtomobil vurub.

Bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən 251 saylı orta məktəbin qarşısında valideynlər etiraz aksiyası keçiriblər.

Anews.az Report-a istinadən xəbər verir ki, narazılığa səbəb məktəbin həyətinə gedən yolların bağlanması, yalnız bir yolun açıq saxlanılmasıdır. Valideynlər həmin açıq qalan yolun təhlükəli olduğunu və əksəriyyətinin evinə uzaq olduğunu bildirib.

"Biz məcbur olub uşaqları avtomobil yolu ilə gətiririk”, - valideynlərdən biri bildirib.

Digər qapıların bağlanması səbəbindən noyabrın 21-də məktəbin yeganə açıq qapısına gedən yolda şagirdlərdən birini avtomobil vurub. Azyaşlı canını yüngül xəsarətlə qurtarıb. Valideynlərin "Report”a verdiyi məlumata görə, bir neçə gün bundan öncəyə qədər təhsil ocağının 4 giriş-çıxış qapısı olub. Onlar bildiriblər ki, direktorun qərarı ilə 3 giriş çıxış qapısı bağlanıb: "Biz valideyn olaraq problemlə bağlı dəfələrlə direktora müraciət etsək də, o, bizə "evinizi dəyişin, məktəbin əsas girişi ilə üzbəüz binadan ev alın” cavabını verib”.

Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report”a bildirib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra açıqlama veriləcək.

251 nömrəli tam orta məktəbdən verilən yazılı açıqlamada bildirilib ki, məktəbin həyətyanı hasarında ilkin inşaat layihəsinə uyğun olmayan çıxışlar və qırılmış dəmir barmaqlıqlar şagirdlərin təhlükəsizliyi məqsədi ilə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən bağlanıb:

"Hazırda əsas girişdən şagirdlərin girişi-çıxışı normal təmin olunur. Valideynlərin böyük əksəriyyəti şagirdlərin əsas giriş qapısından məktəbə daxil olmasını dəstəkləyir. İki valideyn isə bununla bağlı öz narazılığını bildirib. Onlara məsələnin mahiyyəti izah olunub. Məktəbdə tədris normal şəkildə davam edir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol