• $
  • €
  • ₽
  • ₺
  • £

Elçin Quliyev: "Ölkənin generalıyam, məni siqaret satanlara görə tutmusunuz"

Elçin Quliyev: "Ölkənin generalıyam, məni siqaret satanlara görə tutmusunuz"
27.11.2017 16:33
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Anews.az lent.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə general Elçin Quliyevin son sözlə çıxış edib. Jurnalistlər məhkəməyə buraxılmayıb.

General Elçin Quliyev çıxışında kəskin danışmayıb: "Məni  siqaret satanlara görə tutub gətirmisiniz. Mənim nə qədər naliyyətlərim olub. Gəncə, "Sovetski" hadisələrində ciddi xidmətlərim olub. Güclü əməliyyatlarım olub, hamısı da uğurla nəticələnib. Bu, belə olmaz. Mən ölkənin generalıyam. Heç bir günahım yoxdur. Bəraət istəyirəm".
 
O, çıxışında keçmiş rəhbərinin adını bir dəfə də çəkməyib.

Prosesdə Azər Mehdiyev son sözlə çıxış edərək günahsız olduğunu deyib: "Məni Maqsud Mahmudovun işinə görə tutublar. Həmin epizodda mənim günahım yoxdur. Barəmdə bəraət hökmü çıxarılmalıdır".

Daha sonra hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə çıxıb.

Hökmün elanı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də təklif edilib.

Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasının, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərində mülki iddiasının təmin olunmasını tələb edib.
 
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol