• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sonsuz qadınların sayı artıb

Azərbaycanda sonsuz qadınların sayı artıb
28.11.2017 23:29
Son 11 ildə Azərbaycanda qadınlar arasında sonsuzluq halları iki dəfə artıb.

Anews.az-ın Trend-ə istinadla məlumatına görə, 2005-ci ildə Azərbaycanda 1 117 nəfər qadın ilk dəfə qadın sonsuzluğu diaqnozu ilə qeydə alınıb.

2011-ci ildə bu rəqəm 1 776, 2014-cü ildə 2 294, 2015-ci ildə 2 314, 2016-cı ildə 2 208 olub.

Hər 100 000 nəfər qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınan qadınların sayı 2011-ci ildə 26,3 nəfər, 2014-cü ildə 48,5 nəfər, 2015-ci ildə 48,4, 2016-cı ildə 45,7 nəfər olub.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova bildirib ki, Azərbaycanda son zamanlar süni mayalanma halları artıb.

O, bunun səbəbini sonsuzluğun çoxalması ilə izah edib.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda 7 368, 2012-ci ildə 7 575, 2013-cü ildə 7 972, 2014-cü ildə 6 840, 2015-ci ildə 6 950, 2016-cı ildə isə 6 146 uşağı olmayan ailədə boşanma qeydə alınıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun verdiyi məlumata görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Lakin sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması da boşanmaların əsas səbəbləri arasındadır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol