• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qarğalar niyə çoxalıb?

Bakıda qarğalar niyə çoxalıb?
28.11.2017 14:45
"Təbiətdə bəzi canlılar var ki, onların insandan zəhləsi gedir. Bilirlər ki, insan onların rəqibidir və təhlükəlidir. Bəzi canlılar da var ki, onlar tənbəlliklərindən insanların məişət tullantıları ilə qidalanırlar. Bunlardan da biri qarğadır. Əslində qarğaların çox ağıllı canlı olmaqdan savayı, bizə faydası çoxdur. Qarğalar Bakının sanitarlarıdır”.

Anews.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az-a müsahibəsində deyib.

O, bildirib ki, qarğalar pintiliyin olmasının göstəricisidir: "Şəhərdə nə qədər zibil çoxalacaq, qarğalar da çoxalacaq. Qarğalar zibil yeşiklərinin kənarında olan tullantılarla qidalanır. Qarğalar olmasa, o tullantılar orada çürüyəcək, çoxalacaq və virus yayılacaq – vərəm, taun, tuberkulyoz artacaq. Qarağalar isə bu tullantılarla qidalanır və üzvi maddələri öz orqanizmində saxlayır. Yəni, qarğaya pis baxmaq lazım deyil. Qarğaları azaltmaq istəyiriksə, ərzaq tullantılarını azaltmalıyıq.

Bir zamanlar Bakıda köhnə dəyirman var idi. Orada elə siçovullar var idi, deyirdilər ki, guya onlar uşaqları da yeyər. Oranı təmir edəndə dedilər ki, bu siçovullar şəhərə yayılacaq və insanları qıracaq. Amma keçid dövrü oldu, insanlar çoxaldı və belə bir şey olmadı. Ora əvvəl un zavodu idi. Un tullantıları olan yerdə siçovullar da çox olar. Lakin indi o siçovulların hara getdiyi, necə olduğu bilinmir”.

E. Yusifov onu da qeyd edib ki, inanclarda deyildiyi kimi qarğalar 300 il deyil, 80 il yaşayır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol