• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məzar yerləri pulsuz olacaq

Azərbaycanda məzar yerləri pulsuz olacaq
30.11.2017 13:00
"Naxçıvanda məzar daşlarının forması ilə bağlı qərar təsdiqlənəcək qaydalara uyğundur. Gələcəkdə Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq. Burada islami dəyərlərə, milli adət-ənənələrə zidd heç nə yoxdur. Məzarlar biri digərindən kəskin şəkildə fərqlənə bilməz”.

Anews.az APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, "Məzarlıqlar haqqında” layihə Nazirlər Kabinetindədir: "Qərar layihəsi, demək olar, bütün instansiyalardan keçib, müvafiq nazirliklərin, ekspertlərin rəyi alınıb. Yeni qərar qəbul edildikdən sonra növbəti mərhələlərdə yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimləri və sairə məsələlər həmin qaydalarla tənzimlənəcək”.

Dövlət Komitəsinin sədri Bakıda qəbiristanlıqlarda məzar yerlərinin çatışmazlığı məsələsinə də münasibət bildirib. M. Qurbanlı qeyd edib ki, şəhərin ətrafında olan, vaxtilə şəhərdən kənarda olan, indi isə şəhərin ətrafında olan qəbiristanlıqlarda yer çatışmazlığı ola bilər: "Bakı böyük şəhərdir, günü-gündən genişlənir. Bu hal yalnız bizim şəhərə aid deyil, bütün böyük şəhərlərdə bu cür hallarla qarşılaşılır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbiristanlıqlar üçün yeni yerlərin ayrılması istiqamətində müvafiq tədbirlər görülür. "Məzar yerləri satılır” ifadəsi doğru deyil. Məzar yerləri satılmır, məzar yerləri insanlara pulsuz verilməlidir.

Yeni qaydalarda bu, tam aydın şəkildə öz əksini tapıb. Hətta dəfn xərcləri ilə əlaqədar olaraq dövlət sosial proqramlara uyğun olaraq vətəndaşlara yardımlar göstərir. Əgər hardasa "məzar yerləri yoxdur” yazılıbsa, ola bilər, həqiqətən, yer yoxdur. Komitənin adında "din” sözü olduğuna görə, hamı elə bilir məzarlıqlar, məzarlıqların idarə olunması, məzar yerlərinin ayrılması və s. bizim səlahiyyətimiz daxilindədir. Lakin həm əsasnaməmiz, həm də qanunvericilik komitənin burada hər hansı bir məsələyə müdaxiləsinə yol vermir. Məzarlıqlarda yerlərin ayrılması digər qurumların səlahiyyətinə aiddir. Gələcəkdə qaydalar təsdiq edildikdə, müvafiq icra hakimiyyəti bununla məşğul olacaq. Hətta Dövlət Komitəsinə bəzi məsələlərə nəzarət funksiyası verilə bilər”.

Qeyd edək ki, Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli, 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Naxçıvanda bütün qəbirüstü abidələr bir formada olacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol