• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA

Müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA
30.11.2017 20:42
Buraxılış imtahanlarında iştirak edən hər bir şagirdin yazı işi iki müəllimə göndərilir.

Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hər iki müəllimin qiyməti üst-üstə düşdükdə, həmin uşağın nəticəsi avtomatik yazılır: "Qiymətlər üst-üstə düşmədikdə, yazı işi 3-cü müəllimə göndərilir və daha sonra hansı müəllimin düzgün qiymət verdiyi araşdırılır. Əgər hansısa müəllimin düzgün qiymət vermədiyi məlum olarsa, ona iş göndərilmir".

M.Abbaszadə qeyd edib ki, yazı işlərinin yoxlanılması üçün 5000 müəllim arasından təxminən 500 müəllim seçilərək marker kimi hazırlanıb: "Ötən il mən həmin müəllimlərə yazı işlərinin yoxlanılması üçün 380 min manatdan çox əməkhaqqı vermişəm. Onlardan kim isə 120 manat, kim isə 1200 manat maaş alıb. Yüksək maaş alanlar yazı işlərini yaxşı yoxlayırlar, onların yoxlama sürətləri çox yüksəkdir”.

M.Abbaszadə qeyd edib ki, 2019-2020-ci tədris ilində buraxılış imtahanlarında tətbiq ediləcək yeniliklərlə əlaqədar yazı işlərini yoxlayan müəllimlərin sayı kəskin artmalıdır.

Onun sözlərinə görə, bu işi görən müəllimlərin peşəkarlıq səviyyəsi yüksələcək. Bununla yanaşı, onlar bu işin müqabilində əməkhaqqı da alacaqlar.

M.Abbaszadə əlavə edib ki, həmin müəllimlər əməkhaqqını yoxladıqları işin sayına görə alacaqlar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol