• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə “Hərəyə bir ağac əkək” kampaniyası uğurla həyata keçirilir

Gəncədə “Hərəyə bir ağac əkək” kampaniyası uğurla həyata keçirilir
30.11.2017 17:00
Gəncədə şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar "Hərəyə bir ağac əkək” kampaniyasına start verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən ağacəkmə kampaniyasında YAP Gəncə şəhər Təşkilatının idarə heyəti, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, partiya fəalları, ziyalılar, şəhərin bütün idarə, müəssisə və təşkilatlatın kollektivləri, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.

Bayram əhval-ruhiyyəsi ilə başlayan kampaniyanın ilk günündə YAP fəallarının iştrakı ilə ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park Kompleksinin ərazisində 2000-dən cox şəhərin landşaftına uyğun ağac əkilib.

Havanın soyuq olmasına baxmayaraq, ağacəkmə kampaniyasında ümummilli liderin müdrik ideyalarına daim sədaqətli olan partiya fəalları xüsusi ilə fərqləniblər. Onlar ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

Qeyd edək ki, "Hərəyə bir ağac əkək” kampaniyası mütəmadi olaraq gələn ilin mart ayına qədər davam edəcək, 40 min ağac və bəzək bitkisi əkiləcək.
Bu möhtəşəm kampaniya Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol