• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici pasportların qiyməti müəyyənləşdi

Xarici pasportların qiyməti müəyyənləşdi
30.11.2017 19:58
Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumunun məbləği müəyyənləşib.

 Modern.az məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında” qanuna 14.1-1 (Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə) yeni maddə əlavə edilib.

Yeni maddəyə əsasən, 14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə

14.1-1.1. on iş günü müddətində verildikdə
14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün - 20 manat;
14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 30 manat;
14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 40 manat;
14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara - 50 manat;
14.1-1.2. beş iş günü müddətində verildikdə
14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün - 30 manat;
14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 50 manat;
14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 70 manat
14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara - 90 manat;
14.1-1.3. bir iş günü müddətində verildikdə
14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün - 50 manat;
14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 90 manat;
14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün -130 manat;
14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara - 170 manat;

Həmçinin qanuna yeni 33-3  (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) maddə əlavə olunur.
 
33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə
33-3.1.1. üç iş günü müddətində verildikdə - 20 manat;
 
33-3.1.2. yeddi iş günü müddətində verildikdə - 10 manat;
 
33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə
 
33-3.2.1. üç iş günü müddətində verildikdə - 10 manat;
 
33-3.2.2. yeddi iş günü müddətində verildikdə - 5 manat;
 
Bundan əlavə  qanuna  33-4 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə tutulan dövlət rüsumunun ödənilməsindən azadolmalar) adlı yeni maddə əlavə edilir.
Yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu Qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu tutulmur.
 
Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirə ediləcək

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol