• $
  • €
  • ₽
  • ₺
  • £

Sürüşmələr aktivləşib, yeni sürüşmə sahələri yaranıb

Sürüşmələr aktivləşib, yeni sürüşmə sahələri yaranıb
28.05.2020 18:32
Respublika ərazisində sürüşmə və uçqun sahələrinin vəziyyəti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Astara rayonunda Miki və Kijəbə, Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb.
 
Onun sözlərinə görə, Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci km-də uçqun-sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən nisbi aktivlik baş verib və yol boyu yamacda yeni lokal sürüşmə və uçqun sahələri yaranıb: "Eyni zamanda, Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsi aktivləşib. Lənkəranda Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən nisbi aktivlik qeydə alınıb və bir neçə yerdə yeni sürüşmə sahələri əmələ gəlib. Masallı-Yardımlı yolunun 13-15 və 24-26 - cı kilometrliklərində yamac boyu uçqun-töküntü və sürüşmə sahələri yaranıb. Cəlilabad- Cəngan- Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım müşahidə olunub. Yol boyu bir neçə yerdə uçqun hadisəsi baş verib”.
 
Ekspedisiya rəisi bildirib ki, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-də sürüşmə aktivləşib, yeni uçqun hadisələri müşahidə olunub: "Siyəzəndə Sədan sürüşmə sahəsində də aktivləşmə qeydə alınıb. Şabranda Qazbabalı sürüşmə sahəsində isə aktivlik davam edir. Quba-Xınalıq avtomobil yolunun 36-46-cı kilometrliyində sürüşmə prosesinin dinamikasında aktivlik baş verib. Quba – Qonaqkənd avtomobil yolunun 37-40-cı kilometrliyində nisbi aktivlik müşahidə olunub, yol boyu yamacda yeni lokal sürüşmə sahələri yaranıb”.
 
Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhəri, 48 - A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun- töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Ay ərzində atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmənin parametrlərində ciddi artım qeydə alınıb: "Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib və nəticədə uçqun- töküntü hadisələri müşahidə olunub. Ərazidə bir neçə yerdə yol boyu yeni lokal sürüşmə sahələri əmələ gəlib. Şamaxı-Qaleybuğurd - Keçməddin avtomobil yolunun 24-25-ci kilometrliyində, ötən aylar ərzində Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Keçməddin kəndinə giriş yolunun 35-40 metr hissəsi tamamilə sıradan çıxıb və sahədə bir neçə yerdə yeni uçqun sahələri yaranıb”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol