• $
  • €
  • ₽
  • ₺
  • £

DYP reyd keçirir: Sürücülər cərimələnir

DYP reyd keçirir: Sürücülər cərimələnir
05.12.2017 12:13
Astara Dövlət Yol Polisi bölməsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən sürücülərə qarşı reyd keçirib.

Anews.az Report-a istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşları şəhər ərazisində və Artopa kəndində sərxoş sürücülərə qarşı reyd keçirib.

Reyd zamanı baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq, hərəkətin təhlükəsizliyini təmin etmək və hüquq pozuntusuna yol verən sürücüləri aşkarlamaq məqsədilə 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb.

Saxlanılan zaman 50-dən çox sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub. Bəziləri içkili olduğu halda bunu danmağa çalışıb, müxtəlif bəhanələr gətirib.

Reyd zamanı polisin "Saxla" əmrinə tabesizlik göstərən, təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən və digər kobud qayda pozuntuları edən sürücülər də aşkarlanıb.

Qeyd edək ki, rayonda müxtəlif qayda pozuntularının aşkarlanması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində belə reydlər davam etdiriləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol