Dolma Azərbaycanın oldu

Dolma UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib
Dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Bu barədə qərar dekabrın Cənubi Koreyanın Çedjudo adasında keçirilən təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında qəbul olunub.
Xatırladaq ki, Hökumətlərarası Komitə qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya çərçivəsində yaradılıb.
Azərbaycanın UNESCOyanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov özünün "twitter" səhifəsində buna iki illik əmək nəticəsində nail olduqlarını bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























