• $
  • €
  • ₽
  • ₺
  • £

Mesajla boşanmaq olar? - Hacı Şahin fətvaya qarşı çıxdı

Mesajla boşanmaq olar? - Hacı Şahin fətvaya qarşı çıxdı
08.12.2017 10:55
Xəbər verdiyimiz kimi, Türkiyə Dəyanət Vəqfi Dini İşlər İdarəsi kişi ilə qadın arasında dini nikahın telefon, məktub, mesaj və internetlə pozula biləcəyi barədə fətva verib.

Bildirilib ki, belə boşanma üz-üzə boşanma kimi etibarlıdır. Qadın məktubu oxuduğu andan dini nikah pozulur.

Bəs bu cür hallar ölkəmizdə də mümkündürmü?

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı alim Hacı Şahin AzVision.az-a bildirib ki, dini nikahın pozulması dinimizdə müəyyən qaydalarla tənzimlənir. 

"Boşanmaq üçün talağ oxunmalıdır. Tərəflərin hər ikisi din xadiminə müraciət edir və boşanma haqqında talağ oxunur. Bundan sonra onlar ayrılmış sayılırlar. Boşanmaq məsələsini yüngülləşdirmək yaxşı bir şey deyil. Dini-nöqteyi nəzərdən boşanma bəyənilməyən əməldir. Boşanmaya evlənməkdən daha ağır şərtlər qoyulur. İnsanlar nikahın pozulmasına yüngül hal kimi baxmasınlar”. 

Hacı Şahin hesab edir ki, ailələrin hər hansı məktub, mesajla boşanması düzgün deyil.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol