• $
  • €
  • ₽
  • ₺
  • £

"Lotu Quli"nin canlı yayımına reaksiya: "Lotudursa..."

"Lotu Quli"nin canlı yayımına reaksiya: "Lotudursa..."
08.12.2017 13:10
Bir müddət əvvəl azadlığa çıxan, daha sonra isə İstanbula köçən "Lotu Quli” ləqəbli Nadir Səlifov sosial şəbəkələr vasitəsi ilə gündəmə gəlir.

Artıq onun adına həm "facebook”da, həm də "instagram”da səhifələr var. Həmin hesablar vasitəsi ilə Səlifovun yeni-yeni fotoları paylaşılır. Həmin profilləri ya Səlifovun özü işlədir, ya da "qanuni oğru”nun yaxınlığında olanlardan biri…

Ötən gün "Lotu Quli” bir daha gündəmə gəldi. O, bu dəfə "instagram”da canlı yayım etməklə diqqət mərkəzinə düşdü ki, bu da birmənalı qarşılanmadı. İzləyicilər "qanuni oğru”nun sosial şəbəkədən istifadəsini doğru hesab etmədilər.

Yenicag.az olaraq, məsələ ilə bağlı kriminal aləmlə əlaqədar araşdırma yazıların müəllifi olan Bəhram Çələbi ilə əlaqə saxladıq. "Kriminal aləm nümayəndələrinin sosial şəbəkədən istifadəsi nə dərəcədə doğrudur?” sualımıza araşdırmaçı-yazar belə cavab verdi:

"Lotudursa, telefondan istifadə edə bilməz? Elə şey olar? Bu, dünyanın hər yerində məqbul sayılır. Kriminal avtoritet niyə hər gün yenilənən texnologiyadan istifadə etməsin ki? Bu yaxınlarda toya da canlı yayımla qoşulmuşdu. Türmədə olanda da "Skype”dan istifadə edirdi. İndi də telefonla danışa, "instagram”dan da istifadə edə bilər. Bu, müsbət məqamdır. Hər şeydən istifadə edə bilər. Kimsə "olmaz” deyə bilməz”.

Qeyd edək ki, "instagram”da kriminal aləm nümayəndələrinin adına açılan kifayət qədər hesablar var.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol