• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Nağılbazın atası: “Onu oğulluqdan çıxararam”

Anar Nağılbazın atası: “Onu oğulluqdan çıxararam”
08.12.2017 15:20
Son günlər şəxsi həyatı ilə bağlı yayılan xəbərlərlə gündəmdən düşməyən repçi Anar Nağılbazın Respublika Klinik Xəstəxanasında müalicəsi davam edir.

Sənətçinin anası Şərqiyyə Cəlilovanın Cebhe.info-ya verdiyi məlumata əsasən, Nağılbaz özünü hazırda kafi hiss edir.

"Anar hələ ki, xəstəxanadadır. Müalicəsi davam edir, ona sistemlər köçürülür. Səhhətinin necə olacağını bilmirəm, Allah özü bilən məsləhətdir”, – deyə Ş.Cəlilova deyib.

Söhbət əsnasında o da məlum olub ki, baş verən hadisələrdən A.Nağılbazın atası, keçmiş millət vəkili Rizvan Cəbiyev də narahatdır:

"Anarın atası, Rizvan müəllim bu söz-söhbətlərdən yorulub. Çox yorulmuşuq. Yaşlı adamlarıq. Belə şey olmaz ki?! İki tərəfin də fikrini bilmədən elə şeylər yaymaq lazım deyil”.

Yeri gəlmişkən, xatırladaq ki, Anar Nağılbaz 2015-ci ildə Praqda səhhəti ilə əlaqədar müalicə alarkən, atası R.Cəbiyev oğlunun siyasi sığınacaq alması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib etmişdi.

"Anar dövlətini sevən, vətənpərvər oğuldur. İnanmıram Vətəninə qarşı nə isə pis addım atsın. Yox, əgər o belə bir iş görsə, öz dövlətinin əleyhinə bircə bədxah hərəkət etsə onu oğulluqdan çıxararam. Anar elə uşaq deyil ki, ölkəsinə dövlətinə xələl gətirsin. Həm də, bir ata kimi onu başa düşürəm. Anar işsizlikdən çıxıb getdi. Ona bir dəfə Türkanda 160 manat maaşı olan iş verdilər. O da onun heç yol pulunu ödəmirdi. Ailəsi, uşaqları var idi. Azərbaycanda rep deməklə ailə dolandırmaq olmur. Bir yandan da səhhətindəki problemlər onu çox sıxırdı. Hamı Anarın necə vətənpərvər olduğunu bilir”, – deyə o bildirmişdi.

Yeri gəlmişkən, intim videosu ilə gündəmə gələn Anar Nağılbaza qarşı tələ qurduqlarını iddia edənlər də var. Repçinin porno-görüntülərini yayanların məqsədi isə onun Avropadan siyasi sığınacaq almasına mane olmaqdır. İddianın nə qədər əsaslı olduğunu söyləmək isə çətindir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol