• $
  • €
  • ₽
  • ₺
  • £

Qubanın dağlıq ərazilərindəki yollarda donma müşahidə edilir

Qubanın dağlıq ərazilərindəki yollarda donma müşahidə edilir
08.12.2017 16:16
Şimal bölgəsinə qarın yağması ilə əlaqədar Quba rayonunun dağlıq kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşib.

Anews.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Azəravtoyol” ASC-nin yerli idarəsinin canlı qüvvəsi və texnikaları Quba-İspik-Xınalıq və digər istiqamətlərdə yolları qardan təmizləsə də, sürücülər ehtiyatlı olmalıdırlar. Xüsusilə axşam saatlarında dağlıq ərazilərdəki yollardan mümkün qədər istifadə etməmək tövsiyə olunur. Saat 17:00-dan sonra bu yollarda donma müşahidə edilir.

"Azəravtoyol” ASC-nin sahə rəisi Bilal Sultanov bildirib ki, dağlıq ərazilərə güclü qarın yağması yollarda avtomobillərin hərəkətini çətinləşdirsə də, həmin istiqamətdəki kəndlərə gediş-gəlişdə məhdudiyyət yaranmayıb. Quba-İspik-Xınalıq yolunun bəzi yerlərində qar örtüyünün hündürlüyü 10 santimetrdən çoxdur.

Sahə rəisi deyib ki, 57 kilometr uzunluğundakı yolda qış günlərində nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün bir sıra qabaqlayıcı tədbirlər görülüb. Yolun eniş-yoxuşlu və sərt döngələr olan ərazilərinə səpilmək üçün qum-duz qarışığı yığılıb. Bununla yanaşı, baş verə biləcək qar uçqununun fəsadlarının dərhal aradan qaldırılması üçün ağır texnika və işçilərdən ibarət növbətçi briqadalar təyin olunub.

Hazırda Xınalıq və digər ucqar kəndlərdən rayon mərkəzinə və əks istiqamətdə nəqliyyat vasitələri maneəsiz hərəkət edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol