• $
  • €
  • ₽
  • ₺
  • £

“Hacının qəbrinin dağıdılacağından narahatıq”

“Hacının qəbrinin dağıdılacağından narahatıq”
29.05.2020 03:00
Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dəfn edilsə də, ailə üzvləri qəbir yerinin gizlin saxlanılmasına qərar verib.

"Qafqazinfo” xəbər verir ki, Modern.az qəbir yerinin hansı səbəbdən gizlin saxlanmasına aydınlıq gətirməsi üçün mərhumun bacısı Arifə Məmmədova ilə əlaqə saxlayıb.

A.Məmmədova qardaşının qəbirinin heç kimə lazım olmadığını deyib. O, üzünü Hacı Məmmədovun məzarını axtarmaqla məşğul olan, bu haqda sosial şəbəkələrdə rəy yazan, məsələni lağlağı obyektinə çevirən jurnalistlərə tutaraq, onları qınayıb: "Neyləyirsiz axı Hacının qəbirinin yerini? Tapıb nə edəcəksiniz?”.
 
A.Məmmədova "bəlkə kimsə qəbiri ziyarətə gedəcək, niyə gizlədirsiniz” sualın cavab olaraq, bunun inandırıcı olmadığını bildirib: "Kimdir onun qəbirini ziyarətə gedən? Kim cürət edib gedəcək ki? Əl çəkin, günlərdir telefonlarım susmur, özüm açmıram. Qəbirin yerini açıqlamaq istəmirəm, ona görə də telefonlara cavab vermirəm”.
 
H.Məmmədovun bacısı "qəbirin dağıdılmasındanmı narahatsız” sualına "bəli, narahatam, ona görə də açıqlamıram. Siz də daha soruşmayın. Onsuz da bilənlər bilir”, -  deyərək telefonu qapadıb.

Qeyd edək ki, dekabrın 3-də H.Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib.
 
H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol