Azərbaycanda məmur intihar etdi

Qusarda intihar hadisəsi baş verib.
Anews.az xəbər verir ki, hadisə rayonun Hil kəndində qeydə alınıb.
Kənd sakini, 1989-cu il təvəllüdlü İldırım Firudin oğlu Yarəliyev yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, intihar edən İ. Yarəliyev Hil kənd bələdiyyəsinin üzvü olub.
(APA)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























