• $
  • €
  • ₽
  • ₺
  • £

QMİ Qüdslə bağlı bəyanat yayıb

QMİ Qüdslə bağlı bəyanat yayıb
12.12.2017 14:10
Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb.
 
QMİ-dən APA-ya daxil olan bəyanatda deyilir: "Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgahımız olan Qüds ətrafında son günlər baş verənlər, təbii ki, hər bir mömin, inanclı insan üçün həssasiyyət kəsb edir.
 
Qüdsün Uca Yaradanın hökmünə və iradəsinə uyğun olaraq, müsəlmanlar və əhli-Kitab üçün özəl məqam olaraq qorunub saxlanılması, sülh, barış məkanı olması vacibdir. Dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi  yolverilməzdir. O Bir Olan Yaradanın müqəddəs qərar verdiyi, müsəlman və qeyri-müsəlmanlar üçün müqəddəs sayılan yerlərə sahib olan Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır. Odur ki, bu müqəddəsliyi, özəlliyi,  önəmi nəzərə almayan hər hansı qərar ədalətli ola bilməz. 
 
Bu gün dünyamızda baş verənlər bizi narahat edir. Dözümsüzlük, milli, dini zəmində qarşıdurma, ksenofobiya, islamofobiya, terror, ekstremizm hallarının səngimədiyi bir dönəmdə müqəddəs dəyər olan insan həyatının qorunub saxlanılması, sülh və sabitliyin bərqərarı yönündə addımların atılması zəruridir. Milyonlarla insanın həyatı bahasına başa gələcək siyasi qərarlar verilərkən onların olduqca təhlükəli fəsadlar, mümkün qarşıdurma və ədavət törətmə ehtimalı göz önünə alınmalı, nəzərdən qaçırılmamalıdır ki, insanlar arasında milli, dini zəmində nifrət və qarşıdurma səbəbindən bəşəriyyət sonu görünməyən bir uçuruma gedə bilər.
 
Beynəlxalq hüququn işləməməsi, beynəlxalq ictimaiyyətin mövqeyinin  nəzərə alınmaması təhlükəli meyldir. Birmənalı şəkildə bildiririk ki, Qüdsün paytaxt elan edilməsi haqqında təktərəfli qaydada verilmiş qərar yolverilməzdir. Siyasi məqsəd, niyyətlər naminə Qüdslə bağlı qərar verilməsi qeyri-məqbuldur. Bu, nəinki müsəlmanların, qeyri-müsəlmanların da hüquqlarının pozulmasına gətirib çıxara bilər.
 
Yaxın Şərqin bu həssas bölgəsində sülh və əmniyyətin bərqərar olmasına böyük əngəl olan, təhlükəsizliyi təhdid edən, bölgədə gərginliyi artıran və dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə qınanılan bu qərara Qafqaz müsəlmanları adından qətiyyətlə etiraz edirik. Milyonlarla dindarın iradəsini ifadə edərək, 1967-ci ildə BMT Təhlükəsizlik Şurasının Fələstin xalqının hüquqlarını təsbit edən Qüdslə bağlı qətnaməsinin yerinə yetirilməsində israr edirik".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol