• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il 76 nəfərə böyrək köçürülüb

Bu il 76 nəfərə böyrək köçürülüb
13.12.2017 21:18
Son 10 ildə Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) 500-dən çox insan üzərində qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunub.

AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, MNX-nın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirib.

Onun sözlərinə görə, xəstəxanada bu il 76 xəstəyə böyrək, 9 xəstəyə isə qaraciyər köçürülüb.

"Xəstəxanada indiyə kimi əməliyyat olunan xəstələrin 92-95 faizi sağlıqlarına qovuşa bilib. 7 xəstəmiz valideyn olub. Bizim 26-27 faiz xəstəmiz dializə getmədən əməliyyat olunurlar. Xəstələrin 22 faizini isə uşaqlar təşkil edir. Orqan transplantasiyasının həyata keçməsi üçün lazım olan amillərdən biri də donorlardır. Yəni xəstənin donoru olmasa, əməliyyat baş tutmaz. Bütün dünyada olduğu kimi Azərbaycanda da xəstələrin sayı artır. Lakin donorların sayı azdır. Bizə əməliyyat üçün müraciət edən xəstələrdən bəzilərinin müəyyən səbəbdən donorları yoxdur. Bu səbəblərdən biri də qan qrupunun uyğun olmamasıdır. Bu problemin həlli yollarından biri çarpaz orqan transplantasiyasıdır. Çarpaz orqan transplantasiyası ilk dəfə ölkəmizdə icra olunub. Yəni xəstələr öz aralarında qan qrupları uyğun şəkildə donorlarını dəyişdirirlər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol