• $
  • €
  • ₽
  • ₺
  • £

Borca görə uşaq bağçalarının işığını kəsdilər

Borca görə uşaq bağçalarının işığını kəsdilər
13.12.2017 15:43
"Elektrik borcuna görə uşaq bağçasının işığını kəsiblər. Uşaq neçə gündür xəstədir. Nə qədər iynə-dərman almışıq. Bu, nə özbaşınalıqdır, harada görünüb ki, uşaq bağçasının, körpələr evinin işığını kəsələr?”

Anews.az xəbər verir ki, bunu Bizimyol.info saytına müraciətində Ağdaş rayon sakini Fəqan Məmmədov deyib. 

O qeyd edir ki, Ağdaş Elektrik Şəbəkəsinin müdiri Mirkazım Qubadovun rayonda borcu olan idarə-müəssisələrinin hamısının işığını kəsilməsi ilə bağlı göstərişi uşaq bağçalarına da aid edilib. F.Məmmədov deyir ki, onun övladı Ağdaş şəhər 1 saylı uşaq bağçasına gedir. "Yeni tikilmiş, bütün standartlara uyğun bağçadır. Dedilər ki, bağça tikilərkən inşaat işləri zamanından bağçanın işıqpulu borcu qalıb. İstilik kombi sistemidir. Ancaq elektrik kəsildiyi üçün kombi də qızdırmır. İki həftədə bir neçə dəfə işığı kəsiblər. Uşaqlar da soyuq bağçada xəstələnirlər. Axı iki dövlət qurumunun bir-birinə borcu varsa, burada körpələrin günahı nədir?”

Digər valideyn Əhmədiyyə Çələbiyev də bildirir ki, iki uşağı həmin bağçadadır: "2 uşağıma soyuq olur. İşıq olmadığı üçün nə istilik sistemi işləyir, nə su var. Bir sözlə, acınacaqlı vəziyyətdir”.

Ötən həftənin sonu Ağdaş çəhərində daha bir neçə bağçanın işığı kəsilib. 5, 6, 9 və 11 saylı bağçaların işığı isə dünən bərpa edilib.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verib. 

O qeyd edib ki, uşaq bağçaları kimi müəssisələr hər zaman belə məsələlərdə nəzərə alınsa da, abonentlər arasında fərq qoymaq olmur: "Uşaq bağçaları, məktəblər, sosial vəziyyəti yaxşı olmayan əhali mütəmadi olaraq nəzərə alınır. Əlbəttə ki, körpə uşaqların nə günahı var? Amma istənilən abonentə dəfələrlə xəbərdarlıq etdikdən sonra isə elektriki kəsməli oluruq. Çünki abonent bütün hallarda işlətdiyi eletrikin pulunu ödəməlidir. əgər pul ödənilməsə, biz elektrik təminatını necə həyata keçirə bilərik? Ona görə borc ödənilməlidir”, – deyə Tanrıverdi Mustafayev bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol