• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə: DİM “sosial lift” funksiyasını yerinə yetirir

Məleykə Abbaszadə: DİM “sosial lift” funksiyasını yerinə yetirir
13.12.2017 16:00
"Ötən dövr ərzində Dövlət İmtahan Mərkəzi geniş elmi-metodoloji və texniki potensiala yiyələnib, Azərbaycan cəmiyyətinə xidmət edən yeni, demokratik tələbə seçimi sistemi yaradılıb”.

Anews.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu sistem nə qədər möhkəmlənibsə, onun faydalılığı və effektivliyi də bir o qədər artıb, nə qədər təkmilləşibsə, cəmiyyətdəki nüfuzu da bir o qədər yüksəlib və nəticədə, cəmiyyətdə biliyin qiymətləndirilməsinin mövcud sisteminin obyektivliyinə, ədalətliliyinə möhkəm inam formalaşıb: "Bu isə Azərbaycan təhsilinin müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdəndir. Azərbaycan gəncliyinin çağdaş dövrdə öz təhsilini davam etdirmək istəyən bütün dəstələri onlar üçün yaradılan ədalətli, obyektiv və şəffaf qəbul sisteminə görə ümummilli liderimiz Heydər Əliyevə minnətdar olmalıdır. Çünki mərkəzləşdirilmiş qəbul sistemi gənclərimizə köhnə qəbul işinə xas olan mənfi hallara rast gəlmədən öz təhsil almaq arzularını gerçəkləşdirmək imkanı verib”.

M.Abbaszadə qeyd edib ki, bu istiqamətlər üzrə aparılan işlərin əsasında ölkədə bu gün "sosial lift” funksiyasını yerinə yetirən bir sistem fəaliyyət göstərir: "Hansı ailədə, şəhərdə, kənddə böyüyüb başa çatmasından asılı olmayaraq, hər bir gənc bacarığı və oxumaq istəyi varsa, bu sistem sayəsində müstəqil şəkildə imtahana hazırlaşa və ali məktəbə qəbul oluna bilər”.

DİM sədri əlavə edib ki, bu gün artıq Mərkəzin yaratdığı sistem vasitəsilə hər kəs orta məktəblərdə 9 və 11-ci siniflərdə həyata keçirilən yekun qiymətləndirmə, ali təhsil müəssisələrinə qəbul, daha sonra magistratura və ya rezidenturaya, nəhayət, dövlət qulluğuna qəbul imtahanlarında iştirak etməklə öz karyeralarını qururlar: "Dövlət İmtahan Mərkəzi "sosial lift” funksiyasını yerinə yetirməklə cəmiyyət, dövlət üçün hazırlanan mütəxəssislərin, yüksək ixtisaslı kadrların yetişdirilməsində və seçilməsində birbaşa iştirak edir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol