Bakıda qəza: Prospekt iflic oldu

Bakıda zəncirvari yol qəzası baş verib.
Anews.az Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mətbuat prospektində baş verib.
Prospektdə hərəkət edən beton qarışdıran yük maşını "Toyota - Prado" və "Hyundai-Santafee" ilə toqquşub. Qəza nəticəsində Mətbuat prospektində böyük tıxac yaranıb. Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib. Yol polisləri prospektdə hərəkəti bərpa etməyə çalışır.
Qəzada avtomobillərə ciddi ziyan dəyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























