• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyindən “Aquadok” açıqlaması

Səhiyyə Nazirliyindən “Aquadok” açıqlaması
28.05.2020 23:46
Bu gün sosial şəbəkələrdə apteklərdə saxta dərman satışı barədə məlumat yayılıb.
 
Belə ki, Kamal Heydərov adlı şəxs özünün şəbəkədəki statusunda apteklərin birində ona burun üçün sprey olan "Aqualor”un əvəzinə alternativi olan "Aquadok”un təklif edildiyini bildirib: "Satıcı dedi "Aqulor” yoxdur, "Aquadok” isə Fransanındır, yaxşıdır. Üstünə baxdım, "Made in France” yazılıb. Saytları da qeyd edilib: aquadok.com. Evdə dərmandan gözüm su içmədi, sayta baxmaq istədim, açılmadı. Axtarış edib saytı qeydiyyatdan keçirənin İlqar İsgəndərli olduğunu öyrəndim. Bu da sənə "Made in France”, Çinin hansısa kəndində dərman düzəldib, dizaynı, adını oxşadıb, satıcıya, həkimə pul verib satdırırlar. Qiyməti 10 manat, içində də adi duzlu sudur. Aptekdən nəsə alanda baxın, "Made in France”lara aldanmayın”.

Oxu.Az məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik ekspertiza mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasına müraciət edib.

İnspeksiyanın mətbuat xidməti tərəfindən verilən məlumata əsasən, Səhiyyə Nazirliyinin qeydiyyat reyestrində "Aquadok” dərman vasitəsi kimi qeydiyyatdan keçirilməyib. 

"Bəzən apteklərdə kənar yollarla gətirilmiş dərman preparatları satılır. Mövcud sərəncama əsasən, sahibkarlığa dəstək məqsədilə biz hələ apteklərdə yoxlamalar apara bilmirik. Lakin vətəndaş bizə  konkret apteklərin ünvanını verməklə, aldığı dərmanla bağlı şikayətlə müraciət edirsə, müvafiq orqanlar tərəfindən yoxlama aparılır.

Apteklərdən saxta preparatlar almamaq üçün dərmanın qabının içində mütləq Azərbaycan dilində təlimat qaydasına, üzərində Səhiyyə Nazirliyinə aid nəzarət markası olmasına fikir vermək lazımdır. Vətəndaş aldığı dərmanın orijinallığına şübhə ilə yanaşdığı təqdirdə, çek və qablaşması ilə bərabər, dərmanı bizim müvafiq pəncərəmizə təhvil verib müəyyən məlumatlar ala bilər”, - İnspeksiyanın mətbuat xidməti bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol