• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov: "Magistraturaya qəbul 36 faiz artıb"

Ceyhun Bayramov: "Magistraturaya qəbul 36 faiz artıb"
15.12.2017 14:00
"Son illər qəbul imtahanlarında 500 bal toplayanların sayı 28, 600 bal toplayanların sayı 43 faiz artıb. Son qəbul imtahanında 700 bal toplayanların sayında isə 50 faiz artım müşahidə edilib".

APA-nın məlumatına görə, bunu təhsil nazirinin vəzifəsini icra edən təhsil nazirinin birinci müavini Ceyhun Bayramov bildirib. C. Bayramov deyib ki, ali məktəbləri bitirən oğlan tələbələrə möhlət hüququnun verilməsi bu il magistraturaya qəbulda əksini tapıb: "Magistraturaya qəbul olan oğlan tələbələrin sayı 74 faiz artıb. Ümumiyyətlə, magistraturaya qəbul 36 faiz artıb".

C. Bayramov ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru olmamasına, 63 yaşdan yuxarı elmlər doktorlarının üstünlük təşkil etməsinə diqqət çəkib: "Hazırda Təhsil Nazirliyi tərəfindən doktorantura təhsilinin təkmilləşdirilməsi, Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması istiqamətində işlər davam etdirilir. Bununla əlaqədar Avropa Komissiyası, AMEA və bir sıra təhsil müəssisələrinin iştirakı ilə müqavilə layihəsi reallaşdırılıb. Layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəsinin aparılması, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasından ibarətdir. Müqavilə səviyyəsində doktorantura səviyyəsində keyfiyyətin təminatı, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi və ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən vahid portalın yaradılması nəzərdə tutulub. Tədqiqat universitetlərinin mövcudluğu, ali məktəblərə bu statusun verilməsi vacibdir. Bu barədə layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol