• $
  • €
  • ₽
  • ₺
  • £

“İctimai nəzarətə xüsusi diqqətlə yanaşmalıyıq” - Azay Quliyev

“İctimai nəzarətə xüsusi diqqətlə yanaşmalıyıq” - Azay Quliyev
15.12.2017 19:46
"Suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi beynəlxalq prinsipdir. Helsinki Yekun Aktında da bu prinsiplər qeyd edilib. Hesab edirəm ki, "Silahlı Qüvvələr haqqında” qanun layihəsinin 1.0.2-ci bəndində də beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi qeyd edilməlidir”.

Bnu Milli Məclisin deputatı Azay Quliyev "Silahlı Qüvvələr haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, qanun layihəsində Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilməsi normal bir müddəadır: "Təbii ki, Silahlı Qüvvələrdə bu tipli qurumlar yaradıla bilməz. Hətta bununla bağlı əvvəlki qanunda da xüsusi bir müdəa vardı. Bu, dünya praktikasına uyğundur. Burada hər hansı bir QHT-nin və yaxud siyasi partiyanın fəaliyyətini məhdudlaşdırmır. Bu, bir norma və prinsipdir. Ancaq biz burada ictimai nəzarətlə bağlı məsələyə xüsusi diqqətlə yanaşmalıyıq.

Biz Silahlı Qüvvələrin bir çox növünə ictimai nəzarəti praktiki olaraq həyata keçiririk. Ədliyyə Nazirliyində İctimai Şura var. Başqa qurumlarda da artıq bu proses gedir. Yaxşı olardı ki, qadağan olunmuş materiallara məhdudiyyət tətbiq olunmaqla ictimai nəzarət tətbiq olunmalıdır. Bu, işin xeyrinə olar”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol